Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Orta məktəbdə yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır

    Ölkəmizdə təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

R.Sadıqov adına Bakı şəhəri, 136 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı orta məktəbin direktoru Lütfiyyə Qasımovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq,  dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almasında, habelə məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri aparılır.

 

Baş Prokurorluğun Mətbuat Xidməti