Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Orta məktəblərdə korrupsiyaya qarşı mübarizə aparılacaq

Orta məktəblərdə korrupsiyaya qarşı mübarizə aparılacaq ANS Tv-nin reportajını Buradan izləyə bilərsiniz.

V-XI sinif şagirdlərinə bir ay müddətində antikorrupsiya dərsləri keçiriləcək. Dərsləri Korrupsiyaya qarşı Mübarizə Fondu təşkil edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 28.5 maddəsində Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili nəzərdə tutulmuşdur. Korrupsiyaya qarşı Mübarizə Fondu artıq belə dərslərin keçirilməsi təcrübəsinə malikdir. Bu layihə şagirdlər üçün təkcə müəyyən biliklər əldə etmək deyil, həmçinin onlarda korrupsiya hallarından qaçmağa imkan yaradan praktik sosial və ünsiyyət bacarıqlarını inkişaf etdirməyi və korrupsiyaya qarşı mənfi münasibət formalaşdırmağı vacib hesab edir. Bu layihənin məqsədi şagirdləri korrupsiya kimi sosial fenomen ilə tanış etmək, korrupsiya barədə cəmiyyətdə dözülməz münasibəti formalaşdırmaq və inkişaf etdirmək, korrupsiyaya müqavimət göstərməyə imkan yaradan sosial bacarıqlara yiyələnməkdə onlara kömək etməkdir.
Fondun icraçı direktoru Vasif Mövsümov deyir ki, bir neçə il öncə də məktəblərdə bu dərslər keçirilib və nəticəsi də çox yaxşı olub. İndi isə Fond bu təlimləri mütəmadi olaraq davam etdirmək istəyir. “Uşaqların bu dərslərə çox fərqli yanaşması var. Onlar maraqlı təkliflər edir, suallar verirlər. Bu da onların gələcəkdə vətəndaş kimi formalaşmağının xeyrinədir”.
Hər məktəbdə bir ay davam edəcək təlimlərdə şagirdlərə korrupsiyaya qarşı necə mübarizə aparmağın yolları öyrədiləcək.
Qeyd edək ki, antikorrupsion dərslər paytaxtla yanaşı bütün ölkə ərazisində olan məktəbləri də əhatə edəcək.

Aytən Abdulova
ANS TV

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO