Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Polis mayoru rüşvət almaq ittihamı ilə tutuldu

Polis mayoru rüşvət almaq ittihamı ilə tutuldu  Vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət edib. O, ikimərtəbəli ev tikmək istəyir, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynov isə hər mərtəbə üçün ondan 1000 manat tələb edibmiş. Bu barədə DİN və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, T.Hüseynov xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.
Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. T.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttiham sübuta yetirilsə, keçmiş polis zabitini üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlqıdan məhrumetmə cəzası gözləyir.

Azadlıq Radiosu