Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Prokurorluq dosentin həbsi ilə bağlı rəsmi xəbər yaydı

Prokurorluq dosentin həbsi ilə bağlı rəsmi xəbər yaydı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi və Təfəkkür Universitetinin dosenti ilə bağlı korrupsiya faktlarına dair rəsmi məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan, 2011-ci ilin iyun ayında rayon sakini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Alışovun əsaslı etirazlarına baxmayaraq, sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş verib.
Bundan sonra Sadıqzadə mağazanın öz hesabına yenidən tikintisinə icazə verilməsi üçün rayon İcra Hakimiyyətindən sərəncam alınması müqabilində Alışovdan 5 min manat rüşvət istəyib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 9 dekabr 2011-ci il tarixdə Sadıqzadə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Alışovdan həmin məbləğin 2 min manatını rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb, Laçın Sadıqzadəyə həmin maddələrlə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakı şəhər sakini Baş Prokurorluğa müraciət edərək Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin dosenti və Həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun həmin universitetin Nəqliyyat fakültəsinin dördüncü kursuna qəbul etdirmək üçün ondan 15 min manat pulu rüşvət olaraq istəməsini göstərib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında həmin pul vəsaitini rüşvət alarkən cinayət başında yaxalanıb.
Fakta görə başlanmış cinayət işi üzrə Rüstəmov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Təfəkkür Universitetinə qanunsuz tələbə köçürmələri ilə əlaqədar Təhsil Nazirliyindən cəlb edilmiş mütəxəssislərlə birgə müvafiq araşdırmalar davam etdirilir.

“Qafqazinfo”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO