Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Pul oğurluğu və çirkli pulların yuyulması üzrə məhkəmə yaradılacaq

Pul oğurluğu və çirkli pulların yuyulması üzrə məhkəmə yaradılacaq İran yaxın vaxtlarda pul oğurluğu və çirkli pulların yuyulması, eləcə də digər maliyyə məsələləri üzrə xüsusi məhkəmə yaratmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “IRIB News” Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadiyə istinadən xəbər verir.
Dövlətabadinin sözlərinə görə, belə məhkəmənin yaradılması ölkənin iqtisadi sistemini dəstəkləyəcək və yerli bankları müxtəlif maliyyə cinayətlərindən qoruyacaq.
“Bir çox banklar belə hallarda heç bir şikayət təqdim etmirlər”, – o, qeyd edib.
Dövlətabadi bildirib ki, məhkəmə iqtisadi cinayətlər üzrə müvafiq təşkilat və maliyyə institutları ilə əməkdaşlıq edəcək.
Onun sözlərinə görə, bugünədək 80 nəfər iri maliyyə fırıldaqlarına görə həbs edilib, məhkəmə isə bu növdən olan cinayətlərin aşkar edilməsinə kömək edəcək.

Trend

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO