Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Putindən sərt xəbərdarlıq -pullarınız bata bilər

    Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda rusiyalı milyonçular və nüfuzlu iş adamları ilə görüşən Rusiya prezidenti Vladimir Putin, onları xaricdəki kapitallarını Rusiyaya qaytarmağa çağırıb. Putin ölkə xaricində saxlanılan pul vəsaitlərinin nə vaxtsa dondurula biləcəyini xəbərdar edib. Qeyd edək ki, bir müddət əvvəl Rusiyada kapitalın leqallaşdırılması, orta və kiçik biznesdə də dövriyyə edən vəsaitlərin şəffaflaşdırılması ilə bağlı təşəbbüslər başlamışdı. V.Putin iri biznesmenlərə xaricdəki pullarını ölkəyə gətirərək, leqallaşdırmağı və yerli banklarda yatırtmağı tövsiyə etmişdi. Yenə də həmin təklifi səsləndirən Putin oliqarxlara Qərbin sanksiyalarının onlara da təsir edə biləcəyi barədə xəbərdarlıq edib. Bzines dairələri isə Mərkəzi Bankın uçot stavkasından şikayətlənərək, ona yenidənb baxılacağı təqdirdə, xaricdəki pulların ölkəyə gətirilməsini mümkün hesab edirlər. V.Putin isə bu təkliflərə özünəməxsus şəkildə reaksiya verib: “Vətən gözləyər, ancaq xaricilər gözləmirlər. Hər an pullarınız dondurula bilər”. Siyasi şərhçilərə görə, Putin bununla ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı daha sərt sanksiyaların gözlənildiyinə eyham vurub. Putin Rusiya iqtisadiyyatına investisiya qoymaq istəyən hər kəsə biznes üçün son dərəcə əlverişli mühitin yaradılacağını vurğulayıb. “Bir sıra ölkələrdən belə deyək, həyəcanlı məlumatlar daxil olur. Elə təəssürat yaranır ki, xaricdəki kapitalın Rusiyaya qaytarılmasına əngəl olmaq cəhdləri ola bilər. Bu xaricdə olan kapitallardan istifadəyə məhdudiyyətlərin qoyulması ilə bağlı ola bilər. Bunu nəzərə alın”, – deyə Putin bildirib. Təkcə ötən il Rusiyadan xaricə 151 milyard dollardan çox kapital axını olub. Bunun qarşısını almaq üçün Putin dekabr ayında kapital amnistiyası təklif edərək, Rusiyaya qaytarılan vəsaitlərə görə, sahibkarların vergi və digər orqanlar tərəfindən dindirilməyəcəyini bildirib.

 

 

N.Qasımlı/Analitik.az