Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri Korrupsiyaya Qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsi ilə bağlı Qəbələ şəhərində dəyirmi masa keçirilmişdir.
Tədbirdə yerli QHT-lərin, ictimaiyyətin, KİV-in, icra hakimiyyətinin, bələdiyyənin, yerli idarələrin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər. Dəyirmi masada “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya” və Azərbaycan Respublikası Prezidentinin “Dövlət və Bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 22 iyun 2009-cu il fərmanında yerli dövlət orqanları qarşısında qoyulan tələblər əsas müzakirə mövzusu olmuşdur. Mövzu ətrafında geniş müzakirələr getmişdir. Çıxış edən QHT və digər təşkilat nümayəndələri regionda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün Milli Strategiyanın icra olunması və bu icraya ictimai nəzarətin təşkili ilə bağlı təkliflər vermişlər. Onlar həmcinin regionda antikorrupsion araşdırmaların keçirilməsi və vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinə baxılması üçün Korrupsiyaya qarşı Mübarizə Fondunun regionda fəaliyyətinin genişləndirilməsi və Qəbələdə regional nümayəndiliyinin yaradılması ilə bağlı təkliflər irəli sürdülər.
Fondun regionlarda korrupsiyaya qarşı mübarizənin və əhalinin müqavimətinin təşkili istiqamətində Qəbələ rayonunda keçirdiyi ilk tədbir ictimaiyyət və dövlət orqanlarının nümayəndələrinin antikorrupsion hüquqi maarifləndirməyə ehtiyacı olduğunu və bu işdə davamlı tədbirlər keçirilməsinin vacibliyini bir daha təsdiqlədi.

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri

Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri