Qırğızıstanın Özbəkistanla sərhəd ərazisində yerləşən Batken əyalətində “Fakel” sərhəd keçidinin rəisini həbs ediblər. Əvvəlcə yerli sahibkar polisə müraciət edərək bildirib ki, sərhəd keşikçisi onun yükünü (30 qutu narınc) sərhəddən sənədsiz buraxmaqdan ötrü 200 dollar tələb edir.
Əvvəlcədən polisi xəbərdar edən sahibkar sərhəd keçidinin rəisinə 100 dollar və min som (təxminən 25 dollar) verib. O, rüşvəti alan anda korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən tutulub. Rüşvət alma faktına əsasən cinayət işi açılıb.
AKİ press