Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Regional qaz idarəsi müdirinə şok korrupsiya ittihamı

    İdarə müdiri üç rəisin əmək haqqı kartını mənimsəyib; sahibkarlar dilə gəldi: “140 manat rüsum əvəzinə bizdən 1000-1500 manat aldırır” Salyanın Qarabağlı kəndini qışın ortasında qazsız qoyan rayon Qaz İdarəsinin müdiri Xəyyam Rzayev yenidən mətbuatın gündəminə gəlib. 2009-cu ildə bir mübahisə zəminində bütöv bir kəndin – Qarabağlının qazını kəsdirən müdir mətbuatın məsələyə diqqətindən sonra bir müddət işdən uzaqlaşdırılıb. İndi məlum olur ki, həmin vaxt uşaqlaşdırılma müvəqqəti xarakter daşıyıb. Üstəlik, X.Rzayevin vəzifəsini böyüdüblər. Onu yeni yaradılan Salyan Regional Qaz İdarəsinə müdir təyin ediblər. Rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərindən “Yeni Müsavat”a daxil olan məlumatda qeyd olunur ki, X.Rzayev qanunsuz əməllərini ARDNŞ-də müşavir işləyən əmisi Ağasəf Rzayevə güvənərək həyata keçirir. Son məlumata görə, X.Rzayevin göstərişinə əsasən, Salyanın kəndlərində sayğac əməliyyatı həyata keçirilir. Qaraçala, Qarabağlı və Kərimbəyli kəndlərində Teymur Həsənov və Ceyhun Abışov adlı şəxslər istixanalara qaz sayğacı quraşdırmaq üçün sahiblərindən 1000-1500 manat pul tələb edirlər. Rasim adlı istixana sahibi qaz idarəsinin qeyri-rəsmi işçisi Teymur Həsənova etiraz etsə də, sonda 1000 manat ödəyib. 140 manata olan sayğaca görə ondan 1000 manat alındığını bilincə sahibkar “Azəriqaz” QSC sədri Əkbər Hacıyevə şikayət edib. Sahibkarlar bildirirlər ki, X.Rzayev qaz sahə rəislərinin, idarə müdirlərinin yerini tez-tez dəyişməklə həmin şəxsləri özündən asılı vəziyyətə salır. “Azəriqaz” QSC-nin əsasnaməsinə görə, regional qaz idarəsi müdirinin xidmət üzrə 7 müavini olmalıdır: “Müavinlərin hər biri 7 rayondan birinin müdiri təyin olunmalıdırlar. Sabirabad rayonuna Roman adlı keçmiş elektrik şəbəkəsində bir yerdə işlədiyi həmkarını, İmişliyə Vasif adlı şəxsi xidmət üzrə müavin təyin etmək üçün bütün səylərini birləşdirib. Xəyyam Rzayev artıq Anar adlı öz əlaltısını Şirvan Qaz İdarəsinə rəis təyin edib. Akif adlı şəxsin Salyan rayonu üzrə müavin təyin olunmasına baxmayaraq, həmin adamı işə buraxmır. Anar, Roman, Vasif və digər şöbə müdirlərinin əmək haqqı kartları aylardır ki, Xəyyam Rzayevdədir. Xəyyam Rzayev yaxın adamlarına deyib ki, regional idarəyə rəis vəzifəsinə əmisi Ağasəf Rzayev onu təyin etdirsə də, 80 min manat xərci çıxıb. Sələmlə borc pul götürüb. Hətta bir dəfə sələm sahibləri pulu gecikdirdiyi üçün qaz idarəsində hay-küy salıblar”. Sahibkarlar deyirlər ki, X.Rzayev 2 avtomobilini sataraq sələmçilərə faizini ödəyib: “Xəyyam Rzayev ətrafında olanlara deyib ki, regional idarəyə müvəqqəti təyin edilib. Əmisi Ağasəf Rzayev ona söz verib ki, Əkbər Hacıyevin təbii qazın satışı və istismarı üzrə müavini Qamət Məmmədovun yerinə təyin etdirəcək”.

 

“Müsavat” qəzeti