Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Ərizə

Bu müraciəti sizə “Sumqayıtelektrikşəbəkə” ASC-nin bir qrup əməkdaşı adından yazırıq. Bu müəssisədə korrupsiya, qanun pozuntuları və rəhbər özbaşınalıqları bizi bu müraciəti yazmağa vadar etdi. Sumqayıtelektrikşəbəkə” ASC-nin sədri Fəxri Məmmədov başına yığdığı bir qrup adamla dövlət əmlakını talamaqla, korrupsiya və insan haqlarını pozmaqla məşğuldur. Bildirmək istəyirik ki, idarədə rüşvət baş alıb gedir. Işə yeni qəbul olunan adamlardan rüşvət alınır. Sədr öz yaxın adamları vasıtəsi ilə təcrubəsi olan adamları işdən kənarlaşdırıb onların yerinə Qazax-Gədəbəy zonasından adamlar təyin edir. Araşdırma aparılsa görmək olar ki, işə yeni qəbul olunan adamların əksəriyyəti bu zonadandır. Bununla da bu rəhbər yerlibazlıq siyasəti də aparır. Buna misal olaraq göstərə bilərik ki, Respublika Prezidenti Ilham Əliyevin Tərəqqi medalı ilə təltif olunmuş Qismətəli Əsədov, Nəriman Mahmudov, Eynulla Əsədov, Azər Salahov, Ramil Yusifov və daha başqalarını isdən kənarlaşdırıblar. Sədr F.Məmmədov heç bir savadı təcrübəsi olmayan adamlara yüksək dərəcələr, maaşlar təyin etdirib, özlərini idarənin, xalqın yolunda fəda edən adamlara isə heç bir maaş artımı təyin etməyib. Hələ bu azmış kimi özünün istədiyi bir qrup adamlara hətta mükafatlar yazdırır. Ümümiyyətlə idarədə maaşlar aşağı səviyyədədir, rəhbər vəzifə ilə aşağı vəzifəli işçinin maaşları arasında kəskin fərqlər var. Mühasibatlıqda sənədlərdə ciddi pozuntular var, idarənin satınalma işlərində də ciddi pozuntular var. Hesab edirik ki, sizin bizə köməyiniz o ola bilər ki, bu idarədə yoxlamalar aparılsın. Işçilərin bəziləri ilə 2007-ci ilin yanvar ayından 1 aylıq, bəziləri ilə 6 aylıq müqavilələr imzalayıblar və bununla istənilən vaxt işçilərə təzyiq edirlər. Bizim sadalamadığımız hələ başqa pozuntular da var. Biz bu hallarla barışa bilmirik.
Sizdən xahiş edirik “Sumqayıtelektrikşəbəkə” ASC-də korrupsiyanın, insan haqlarının pozulmasının qarşısının alınmasında bizə yardımçı olun və bu rəhbərlərə qarşı tədbir görün. Təzyiqlərdən və ləkələnməklə işdən kənarlaşdırılmağımızdan ehtiyatlanıb adımızı qeyd edə bilmirik . Çox xahiş edirik nəzərə alasınız.

Hörmətlə,
“Sumqayıtelektrikşəbəkə” ASC-in bir qrup əməkdaşı 

Bizi təbrik edə bilərsiniz! “Sumqayitelektrikşəbəkə” ASC-nin rüşvətxor müdiri Fəxri Məmmədov vəzifəsindən azad edilib. Biz sizə və problemimiz ilə bağlı bizə kömək edənlərin hamısına təşəkkürümüzü bildiririk. 

Hörmətlə,
“Sumqayıtelektrikşəbəkə” ASC-in bir qrup əməkdaşı