Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Ərizə

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
cənab Füzuli Ələkbərova

Korrupsiya Qarşı Mübarizə Fondu 2008-ci ildən “Virtual vəkillik xidməti” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə əməkdaşlıq edir. Layihəyə görə korrupsiya halı ilə üzləşmiş vətəndaşların Fondun ünvanına daxil olan ərizələri ilkin araşdırmadan sonra Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və ya müvafiq dövlət orqanlarına göndərilir.
27 aprel 2011- ci il tarixdə Korrupsiya Qarşı Mübarizə Fonduna Şamaxı rayonu Quşçu kənd sakini Qədirova Sevdan Camal qızının ərizəsi daxil oldu. Şikayətçi yazır ki, “ 5 uşaq anasıyam və hamiləlik dövründə ruhi əsəb xəstəliyi keçirdiyinə görə əmək qabiliyyətini itirmişəm. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon nümayəndəliyinə, o cümlədən, Quşçu kəndi üzrə mütəxəssisə müraciət etsək də, onlar bizə ağır şərtlər qoyaraq ” ya əvvəlcədən 6 aylıq müavinəti nəğd verin, ya da zəhləmizi tökməyin. Gedin hara istəyirsiniz şikayət edin” deyiblər. Biz ölkə başçımız Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı mübarizə qərarlarını alqışlayırıq. Lakin yuxarıda göstərilən təşkilatlar həmin bu qərarları kampaniya xarakterli və sabun köpüyünə bənzədirlər. Mənim kiçik oğlumun 8, böyük qızımın 17 yaşı var, ancaq dövlət verdiyi məvacibdən məhrumdurlar. Xahiş edirəm, yuxarıdakıları nəzərə alaraq, bizi bu acınacaqlı vəziyyətdən və məmur özbaşınalığından xilas edəsiniz.”
Korrupsiya Qarşı Mübarizə Fondu bu qərara gəldi ki, operativlik xatirinə bu şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə yönəltmək məqsədəuyğundur.. Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə müraciətindən yarım saat sonra şikayətçinin qaynı Qədirov Balağa bizə zəng edərək bildirdi ki, Şamaxı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin Quşçu kəndi üzrə mütəxəssisi Rzaxan 055 594 57 27 nömrəli mobil telefon nömrəsindən zəng edərək mənə dedi ki, “şikayət etməyinizin heç bir xeyri yoxdur, gedin hara istəyirsiniz şikayət edin!” (şikayətçi Qədirova Sevdan Camal qızı xəstə olduğuna görə əlaqə üçün qaynının telefon nömrəsini göstərmişdi və biz də həmin nömrəni Nazirliyinizin qaynar xəttinə vermişdik)
Nəzərinizə çatdırmaq istəyirik ki,
– bizim tərəfimizdən Nazirliyinizin qaynar xəttinə istiqamətləndirilmiş şikayətin araşdırılması üçün rəhbərliyə deyil, dərhal qanunazidd hərəkətlərindən şikayət edilmiş şəxsə göndərilməsi özündə korrupsiya elementini ehtiva etməklə bərabər, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir.
– Nazirliyinizin qaynar xəttinin bu hərəkəti Korrupsiya Qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə artıq bir neçə ildir davam edən əməkdaşlıqda apardığı işə, eləcə də, vətəndaşlar arasında qazandığı etimada ciddi ziyan vurur.
Ona görə də, xahiş edirik ki, Nazirliyinizin qaynar xəttinin məlumatından öz məqsədləri üçün istifadə etməklə, ölkə qanunvericiliyinin tələblərini, Şamaxı rayonu Quşçu kənd sakini şikayətçi Qədirova Sevdan Camal qızının və Korrupsiya Qarşı Mübarizə Fondunun hüquqlarını pozmuş Nazirliyinizin cavabdeh olan əməkdaşları haqqnda lazımi tədbirlər görəsiniz.

31.05.11

Fondun müraciəti nəzarətə götürməsindən və Nazirliyin fəal müdaxiləsindən sonra şikayətçinin ünvanlı sosial yardımla bağlı problem həllini tapmışdır və qanunu pozmuş müfəttiş cəzalandırılmışdır.