Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Rüşvət verirsinizmi? – VİDEOSORĞU

Azərbaycan cəmiyyətinin ən böyük bəlası və ölkəni inkişafdan saxlayan başlıca amil heç şübhəsiz ki, rüşvət və korrpusiyadır. İllərdir ki, ölkədə rüşvətxorluq əleyhinə ictimai kompaniya aparılır və hökumət korrupsiya ilə mübarizə edir. Ancaq ən yüksək səviyyədə təsdiq olunub ki, Azərbaycanda hələ də rüşvət var. Aşağılardan tutmuş yuxarılara qədər çox az adam tapılar ki, ömründə bir dəfə də olsun, rüşvət verməsin və ya rüşvət almasın. Bəs, görəsən sadə insanlar rüşvətxorluğun inkişafında nə dərəcədə “rol oynayırlar”? Musavat.com bu suallara cavab tapmaq üçün şəhər sakinlərə arasında sorğu keçirib. “Rüşvət verirsinizmi” sualına sadə vətəndaşların cavabları kifayət qədər maraqlı olub. Rəyi soruşulanların əksəriyyəti rüşvət və “şirinlik” kimi qeyri-qanuni yollara əl atdığını etiraf edib. Bu barədə daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Məğrur Salmanov

Müsavat