Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Rüşvəti hamıdan çox kimin aldığı barədə sorğu nəticələri

Rüşvəti hamıdan çox kimin aldığı barədə sorğu nəticələri “Transparency International” – Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanda apardığı sorğulara görə ölkədə ən çox korrupsiyalaşmış sahə polis orqanlarıdır. Ondan sonra dövlət qulluğu, təhsil, məhkəmələr gəlir.Bu barədə təşkilatın dekabrın 9-da elan etdiyi 2010-cu il üzrə Qlobal Korrupsiya Barometrində qeyd edilir.Bu barometr dünyanın 86 ölkəsində 91500 respondent arasında keçirilən sorğu əsasında hazırlanıb.
Azərbaycanda sorğuda iştirak edən respondentlərin yarısından çoxu (52%) ölkədə korrupsiyanın səviyyəsinin artması fikri ilə razılaşırlar, 28% insan korrupsiyanın azaldığı qənaətindədir. Respondəntlərin beşdə biri isə ölkədə korrupsiyanın səviyyəsinin dəyişmədiyi fikrindədir.
MDB ölkələrində ümumi tendensiyaya uyğun olaraq, Azərbaycanda respondentlərin 66%-i belə bir qənaətdədir ki, hökumətin korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyəti effektivdir, 26% respondent isə bunun əksini düşünür.
Ümumi dünya tendensiyasından kənar olaraq, Azərbaycanda respondentlərin 65%-i belə bir fikirdədir ki, korrupsiyaya qarşı mübarizədə hökümət liderlərinə inanmaq daha yaxşıdır. 19% respondent ümumiyyətlə heç kimə inanmır. Digər qurumlara inam isə aşağıdakı kimidir. Beynəlxalq təşkilatlar 4.3%, QHT-lər 1.1%, biznes adamları 0.9%. Hətta mediaya inam belə çox aşağıdır. Yalnız 3.8% respondent medianın roluna inanır.
Hesabatı şərh edən ekspertlər göstərilən rəqəmlər arasında ziddiyyətlərin olduğunu bildirirlər. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı katibi Vasif Mövsümov xüsusi ilə də rəyi soruşulanların 52 faizinin Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirdiyi halda, 66 faizinin də hökumətin korrupsiyaya qarşı mübarizəsinin effektli olduğunu demesinin üzərində dayanır. Vasif Mövsümov elə bu kimi məsələlərə görə sorğuya bir qədər şübhə ilə yanaşır.
– Nədənsə, bu iki məsələ bir-birini təkzib edir. Təşkilatın ötənilki 6-cı hesabatında rəyi soruşulanların 62 faizi hökumətin korrupsiyaya qarşı mübaruizəsinin qeyri-effektiv olduğunu bildirmişdi. Son bir ildə Azərbaycanda korrupsiyaya qarşı ciddi mürabizə aparıldığını da demək olmaz axı…Vasif Mövsümov deyir ki, bundan başqa hesabatda rəyi soruşulanların 47 faizinin rüşvət verdiyini bildirdiyi halda 66 faizin korrupsiyaya qarşı mübarizənin effektivliyindən danışması da sorğu ilə bağlı suallar doğurur.
Azərbaycanda rəyi soruşulan respondentlərin 47%-i son 12 ay ərzində rüşvət verdiklərini bildiriblər. Azərbaycan ölkədə korupsiyasının səviyəsi 30-49.9% nisbətində müəyyənləşdirilən Litva, Meksika, Moldova və Ukrayna kimi ölkələrlə birlikdə ikinci qrupda yer alıb.
İnsanların nə səbəbdən rüşvət verməsi ilə bağlı suala isə Azərbaycanda rəyi soruşulan respondentlərin 20%-i bunu verilməli olan xidmətdən istifadə etmək məqsədilə, 12.4%-i prosesi sürətləndirmək məqsədilə, 6%-i isə dövlət qurumları ilə problem yaşamamaq məqsədilə cavabını veriblər.
Azərbaycanda, rəyi soruşulanların 68.9%-i belə bir qənaətdədirlər ki, sadə vətəndaşlar da bu istiqmətdə dəyişiklikərdə rol oynaya bilərlər. 89.4% respondent dostları və ya həmkarları korrupsiya ilə mübarizə apararsa onları dəstəkləyəcəyini bildirib. Eyni zamanda 68.9% özünü korrupsiyaya qarşı mübarizədə fəal iştirakçi kimi görür, 63.9% respondent isə korrupsiya faktı ilə bağlı məlumat verəcəyini bildirir.

Azadlıq radiosu