Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

February 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
262728  

Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub

Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifov və cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib. M. Qasımov isə 2 il sınaq müddəti təyin edilməklə 8 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Baş Prokurorluq cinayət işi ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İstintaqla müəyyən edilib ki, İlqar Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək viza almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb. İ. Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törədib.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO