Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Şəffaflıq Azərbaycan Təşkilatı korrupsiya hallarını ifşa edən şəxslərin qorunması ilə bağlı dəyirmi masa keçirib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Avropa İttifaqının maliyyələşdirdiyi “Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi” regional layihəsi çərçivəsində hazırladığı «Korrupsiya hallarını ifşa edən şəxslərin qorunması haqqında» konsepsiya sənədinin ictimai müzakirəsi ilə bağlı dəyirmi masa keçirib.

Gəlinən əsas qənaətə görə Azərbaycanda korrupsiyanı ifşa edən şəxslər əsasən məişət korrupsiyasını ifşa edən sahibkar və vətəndaşlar, eləcə də maliyyə fırıldaqlarını ifşa edən kiçik dövlət məmurları, eləcə də dövlət büdcəsi ilə çalışan işçilərdir. Bütun bunları nəzərə alaraq, «Şəffaflıq Azərbaycan» Təşkilatı dövlət və özəl sektorda korrupsiya hallarını ifşa edən şəxsləri qorumaq, eləcə də stimullaşdırmaq üçün yeni qanunun qəbul olunmasını vacib sayır.
Dəyirmi masada çıxış edən «Şəffaflıq Azərbaycan» Təşkilatının İcraçı Direktoru Rəna Səfərliyeva qeyd edib ki, Azərbaycan hökuməti korrupsiya hallarını ifşa edən şəxslərin qorunması ilə bağlı qanun layihəsinin hazırlanması ilə bağlı 2012-2015 Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı çərçivəsində öhdəlik götürmüşdür. Sözügedən qanunun hazırlanması istiqamətində «Şəffaflıq Azərbaycan» Təşkilatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə yaxından əməkdaşlıq edir. O həmçinin bildirib ki, Fəaliyyət Planı bu il sona çatır və ümid edilir ki, Azərbaycan hökuməti, biznes sektoru, QHT sektoru, eləcə də parlament üzvləri birgə konstruktiv şəkildə çalışaraq korrupsiya hallarını ifşa edən şəxslərin qorunması ilə bağlı yeni qanun qəbul edəcək.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Şəffaflıq Azərbaycan Təşkilatı «Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi» adlı hesabat dərc edib. Bu hesabat göstərdi ki, Azərbaycanda korrupsiya əleyhinə bəzi qanunlar (korrupsiyanı ifşa edən şəxslərin qorunması, maraq toqquşması) hələ də qüvvəyə minməmişdir. 2012-2015 cil il Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı çərçivəsində yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulsa da, hələ də qanunun qəbul olunması məqsəd olaraq qarşıya qoyulmayıb. Bu da korrupsiya halını ifşa edən şəxslərin qorunması ilə bağlı yeni qanunun qəbulunu uzada bilər.
Bunları nəzərə alaraq, Milli Şəffaflıq Sistemi Layihəsinin Koordinatoru, Məhəmməd Muradov bildirib ki, korrupsiya halını ifşa edən şəxslərin qorunması ilə bağlı qanunun qəbul olunması üçün vaxt yetişib. Belə ki, ilkin tədqiqata görə, korrupsiyanı ifşa edən şəxslər işdən qovulmaq, inzibati təzyiqlər, şər və böhtanlara məruz qalırlar, eləcə də ruhi xəstə olduqları ilə ittiham edilirlər. Buna görə də yeni qanun layihəsi korrupsiya ifşa etməsini böhtan, şər, müəllif hüquqları və məlumatların qorunmasının pozulması ilə bağlı inzibati cəza tədbirlərindən immunitetli etməlidir.
Ümumilikdə isə, korrupsiya hallarını ifşa edən şəxslər haqqında konsepsiya sənədi ifşa edənlər və ifşa etmənin nəzəri əsaslarını təqdim edir, eləcə də Azərbaycandakı mövcud vəziyyəti təhlil edərək, qanunvericiliyin inkişafı üçün tövsiyələr verir.