Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Səkkiz Kaliforniyalı məmur büdcədən milyonlarla dollar oğurlayıb

Səkkiz Kaliforniyalı məmur büdcədən milyonlarla dollar oğurlayıb Kaliforniyanın Bell şəhərinin hazırki və keçmiş yüksək vəzifəli səkkiz məmuru korrupsiya fəaliyyəti ilə əlaqədar həbs olunub. Həbs olunanlar arasında şəhərin meri və merin köməkçisi də olub.
Vəzifəli şəxslər 5.5 milyon dollardan çox dövlət vəsaitini qeyri-qanuni mənimsəməkdə şübhəli bilinir. Öz növbəsində korrupsiyalaşmış şəhər müşavirləri işgüzar görüş və müşavirələrin təşkili bəhanəsilə şəhər büdcəsindən 1.25 milyon dollar götürüblər. Lakin bu tədbirlərin heç biri baş tutmayıb.
Bundan əlavə ittihamın materiallarında göstərilir ki, bu şəxslər bir-birinə büdcədən borclar verib, həmçinin məvaciblərinin məbləğini özləri müəyyən ediblər. Müstəntiqlər əmindir ki, bir əyalət şəhərinin məmuru üçün belə yüksək maaş korrupsiya ilə şərtlənir.
Məmurların fəaliyyətinin araşdırılması The Los Angeles Times qəzetinin bir neçə minlik əhalisi olan şəhərin hökumət nümayəndələrinin fövqəladə yüksək məvacibləri barəsində material dərc edənə qədər nəzərəçarpmaz olaraq qalmışdı.
Bella şəhərinin sakinləri məmurların həbs olunması barəsində xəbəri ruh yüksəkliyi ilə qarşılayıblar. Şəhərin müxtəlif yerlərində korrupsionerlərin həbs olunması ilə əlaqədar şənliklər, mitinqlər və nümayişlər keçirilir.

Associated Press