Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb Tədbirdən hazırlanmış televiziya reportajlarını aşağıdakı linklərdə izləyə bilərsiniz:

Kəpəz TV- Gəncə

Türkel TV- Tovuz

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb. Bu münasibətlə Fondun Şəmkir nümayəndəliyində Qaynar xəttin və regional ofisin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət orqanlarının, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir.
Yeni yaradılan qurum vətəndaşların şikayətlərinin aidiyyatı orqanlara çatdırılmasında vasitəçi rolunu oynayacaq. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Çıxış edənlər antikorrupsiya tədbirlərinin keçirilməsi zamanı vətəndaşlarla dövlət orqanlarının birgə əməkdaşlığının vacib olduğunu bildirdilər.
Tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov korrupsiya ilə mübarizə sahəsində Fondun həyata keçirdiyi layihələrdən bəhs edib. Bildirib ki, Fonda korrupsiya ilə bağlı şikayətlər daxil olduqca, onlar araşdırılır, əsaslı olduğu müəyyən edildikdən sonra müvafiq orqanlara göndərilir. Daha sonra o, vurğuladı ki, əsas məsələ şikayətin hansı orqan haqqında olmasında deyil, əsas olan həmin orqanın şikayətə diqqətlə yanaşmasıdır.
Ölkənin bütün ərazisində olduğu kimi, Şəmkirdə də korrupsiyanın səviyyəsini və korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənmək üçün sorğu keçirilir.

Korrupsiyaya qarşı Mübarizə Fondu