Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Salyanda artıq büdcə pulu vurhavuru

Salyanda artıq büdcə pulu vurhavuru “2013-cü ildə Salyan rayonuna ayrılan dövlət vəsaiti tam xərclənməyib. Maliyyə ili başa çatır, il sona yaxınlaşdıqca büdcədə qalan dövlət vəsaiti də sürətlə yoxa çıxır”.
Bu sözləri virtualaz.org saytına açıqlamasında Salyan rayonundakı yerli vətəndaş cəmiyyəti fəallarından biri deyib.
Daxil olan məlumatda deyilir ki, rayon büdcəsində xərclənmədən qalan vəsait hər birinə 15-20 min manat olmaqla 20 ərazi nümayəndəliyinin hesabına köçürülüb: “Salyan Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəlikləri isə bu pulları tezbazar başdan eləmək, onların xərclənməsini rəsmiləşdirmək üçün rayon büdcəsindən maliyyələşən körpələr evi və uşaq bağçalarına onlarla soyuducu, kompüter, televizor və digər avadanlıqlar alındığına dair saxta sənədlər tərtib ediblər. Lakin uşaq bağçalarına sənədlərdə qeyd olunan avadanlıqların heç biri verilməyib. Ümumiyyətlə bu avadanlıqlar heç alınmayıb. Onların alınması barədəki söhbətlər sadəcə büdcədəki pulu oradan çıxarıb mənimsəmək vasitəsidir”.
Xəbərdə o da bildirilir ki, uşaq bağçalarının müdirələri arasında saxta sənədləri imzalamaqdan imtina edənlər də olub: “Etiraz edən bağça rəhbərləri Salyan Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliklərinə çağırılaraq işdən çıxarılmaqla bağlı ərazi yazmağa məcbur ediliblər. Bir neçə bağça müdirəsi sənədi imzalasa da digərləri işdən çıxmağa razı olublar”.
Virtualaz.org saytı bu iddialara aydınlıq gətirmək üçün Salyan rayon Maliyyə İdarəsinin rəisi Mahir Kərimovla əlaqə yaradıb. M.Kərimov sualları tam dinləmək belə istəmədi. O, digər telefonla Maliyyə Nazirliyi ilə danışdığını söyləyərək telefonu qapatdı. “Məşğul” rəis gün ərzində ona edilən təkrar zənglərə isə cavab vermədi.
Salyan Rayon İcra Hakimiyyətindən də bu iddialarla bağlı suallara cavab vermək həvəsində olan olmadı. İcra hakimiyyətinin telefona cavab verən əməkdaşı yorğun səslə bu məsələdən xəbərdar olmadığını deməklə kifayətləndi və dəstəyi asdı…
Salyanlı məmurların bu “qətiyyətli və cəsur” sükutuna baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Rayon başbilənləri danışsınlar görək: Salyanda dövlət pulları doğrudan da basılıb-yeyilirmi, rayonda dərəbəylik varmı, yoxsa xalq yalan danışır…

Jalə
Virtualaz.org