Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Siemens rüşvətlə bağlı milyard dollara yaxın məbləğ ödəyəcək

Siemens rüşvətlə bağlı milyard dollara yaxın məbləğ ödəyəcək  Alman konserni Siemens ABŞ və Almaniya hökumət orqanlarına milyard dollara yaxın cərimə ödəyəcək. Çünki şirkətin nümayəndələri müqavilə bağlanılmasına nail olmaq üçün rüşvət vermişlər. Münhen şəhər məhkəməsinin qərarına görə konsern Almaniyanın xeyrinə 395 milyon avro (540 milyon dollar) ödəyəcək. Əvvəlcə Vaşinqtondakı federal məhkəmə qərar vermişdi ki, şirkət ABŞ-a 800 milyon dollar cərimə ödəməlidir.
Siemens-də hər iki məhkəmənin qərarından razı qalıblar və ümid edirlər ki, konsernin işgüzar nüfuzuna böyük zərbə endirən korrupsion qalmaqala son qoyacaqlar. Xatırladaq ki, 2007-ci ildə Siemens Almaniyada 201 milyon avro cərimə olunmuşdu. 2006-cı ilin noyabrında konsernin 30-dan çox ofisində axtarış aparılmışdı. Çox keçmədən Siemens-in bir neçə əsas meneceri şirkətə sifariş qəbul etmək üçün xarici podratçılara rüşvət verdiklərinə görə günahlandırılıblar. Söhbət əsasən Banqladeş, Argentina, İraq, Venesuela, Rusiya, Nigeriya və Liviyadakı müqavilələrdən gedir. Şübhəli ödənişlərin pulun məbləği 1.3 milyard avronu keçmişdi.

AFP

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO