Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər Korrupsiyaya qarşı Mübarizə Fondunun AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Fondun Sumqayıt ofisində “Qaynar Xətt” yaradılıb(Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, Qubadlı şadlıq evinin birinci mərtəbəsi. Telefon: (001864) 83944; Mob: (055) 2562001 ). Məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və aidiyyatı dövlət orqanlarına operativ şəkildə göndəriləcəkdir.
Bununla bağlı Sumqayıt İcma Məlumat Mərkəzində (İREX) təqdimat mərasimi keçirilmişdir. Mərasimdə daha çox gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən Fondun nümayəndələri layihəni həyata keçirməkdə əsas məqsədlərinin vətəndaşların korrupsiya ilə bağlı problemlərin həlli istiqamətində onlara yardımçı olduqlarını vurğuladılar. Bu problemləri həll etmək üçün maarifləndirmə işlərinin aparılması və onlara hüquqi yardım göstərilməsi əsas məqsədlərdən biridir.
Qeyd olundu ki, vətəndaş hüquqlarını yaxşı bilməlidir ki, öz hüquqularını tələb edə və müdafiə edə bilsin. Korrupsiyaya Qarşı Mübarizə Fondu layihələrini həyata keçirərkən daha çox gənclərlə işləyir və həmçinin Fondun ən çox kömək etdiyi şəxslər də gənclərdir. Təhsil sistemi ilə bağlı tələbələrdən daxil olan şikayətlər operativ araşdırılaraq problemlərin müsbət həllinə nail olunur.
Korrupsiya ilə mübarizə sahəsində gənc nəslə fəal və mübariz olmaları tövsiyə edilib, korrupsiya və rüşvət halları ilə üzləşərkən öncə hansı addımlar atmalı olduqları bildirilib.
Tədbirdə vətəndaşların dövlət orqanlarında müraciətlərinə laqed yanaşıldığını, bəzən də hətta baxılmadığı da bildirilib. Bu da onu göstərir ki, heç bir məmur öz xoşuna mövqeyini əldən vermək istəməyəcək.
Sonda iştirakçılara korrupsiya ilə mübarizədə manelərdən çəkinməmək tövsiyə olunub. Lakin bildirilib ki, təzyiqlər qarşısında durmağı bacarmaq lazımdır. Korrupsiya ilə mübarizədə geriyə addım atılmamalıdır.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO