Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

UEFA Şərqi Avropanı “korrupsiya ocağı” adlandırdı

UEFA Şərqi Avropanı “korrupsiya ocağı” adlandırdı UEFA ehtimal olaraq, “satın alınmış” 40 oyunun istintaqını davam etdirir. UEFA-nın korrupsiya ilə mübarizə şöbəsinin rəisi Karl Dxontanın sözlərinə əsasən bu Avropa futbolunun tarixində ən böyük korrupsiya qalmaqalına çevrilə bilər. Hal-hazırda həm yerli milli çempinat kimi, həm də UEFA-nın himayəsi ilə son 4 mövsümdə keçirilən (Çempionlar Liqası, keçmiş UEFA Kuboku, indiki Avropa Liqası və İntertoto Kuboku) mübahisəli və şübhəli oyunlar yoxlanılır. Şübhəli oyunlardan biri: – Hollandiyanın NAK “Bredı” komandasının Ermənistanın “Qandzasarla” komandası ilə oyunu indi araşdırılır. (Avropa Liqasının 2-ci kvalifikasiya raundu, cavab oyunun nəticəsi – 6:0 “Bredı”nin xeyrinə)
Bütün milli futbol federasiyaları “Düzgün oyun xartiyasını” imzalayıblar. UEFA-nın xüsusi komissiyası Çempionlar Liqası ve Avropa Liqasinin 2009-2010 illərin 8 oyunun istintaqına başlayıb. Əgər hər hansısa bir komandanın günahı təsdiq olunsa, o komandanı uzun müddətli diskvalifikasiya və Avropa futbol turnirlərində qadağa gözləyir. 2004-cü ildə Ermənistanın “Pyunik” klubu ilə oyunda Makedoniyanın “Pobeda” klubu Çempionlar Liqası oyununu bilərəkdən uduzduqları ifşa olunaraq 2009-cu ildə UEFA-nın qərarı ilə 8 illik Avro kuboklarda iştirak etməkdən kənarlaşdırıldı.

Bloomberg agentliyi