Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Universitet rektorunun köməkçisi və Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri həbs olunub

Universitet rektorunun köməkçisi və Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri həbs olunub Məlumatda bildirilir ki, MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Məmmədov Rövşən Oruc oğlu rüşvət alarkən cinayət başında yaxalanıb. Azərbaycan vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, oğlunun Azərbaycan Kooperasiya Universitetinin birbaşa 2-ci kursuna qəbul olunması üçün həmin təhsil müəssisəninin rektorunun köməkçisi Rövşən Məmmədovun ondan 21 min manat rüşvət istədiyini bildirib və sonuncunun ifşası üçün kömək etməyə hazır olduğunu göstərib.
Müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Rövşən Məmmədov ərizəçidən 21 min manat pulu rüşvət alarkən cinayət başında yaxalanıb. Sonuncunun xidməti avtomobilinə keçirilən baxış zamanı üzərində müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılmış 57 min 500 manat pul vəsaiti aşkar olunub. Həmin fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlaıb və Rövşən Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilən digər tədbir nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanıb. Belə ki, Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib.
Həyata keçirilən müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilib.
Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və Azər Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO