Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Vətəndaşların yarısından çoxunun korrupsiya şikayətləri həllini tapıb

Vətəndaşların yarısından çoxunun korrupsiya şikayətləri həllini tapıb “Korrupsiyaya qarşı Mübarizə Fondu” ilə birgə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya Fondun qaynar xəttinə müraciət etmiş vətəndaşların yarısından çoxunun şikayətlərini həll edib. Bu barədə 1news.az İnformasiya Agentliyinə Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov xəbər vermişdir. Onun sözlərinə görə, bu ilin əvvəlindən “qaynar xətt”ə ölkənin müxtəlif regionlarından 250-dən çox şikayət daxil olmuşdur. Bu da ötən illə müqayisədə 50%-dən (170) daha çoxdur. Şikayətlərin çoxu müxtəlif sahələrdə olan rüşvətxorluqla bağlı olub.
Qeyd etməliyik ki, prezident İlham Əliyev Dövlət və Bələdiyyə Əmlakının və Vəsaitlərinin İdarə Olunması Sahəsində Korrupsiya ilə Əlaqədar Hüquqpozmalara qarşı Mübarizənin Gücləndirilməsi haqqında 22 iyun fərmanında dövlət orqanları qarşısında konkret tələblər qoymuşdur.

Z. İbrahimxəlilov